06/05/2022
20:18
3627
| A A A
Mourinyodan rekord göstərici

Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan Roma-nın baş məşqçisi Joze Mourinyo iki rekorda imza atıb.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçidir.

Bundan əvvəl onun çalışdırdığı komandalar Çempionlar Liqası və Avropa Liqasının da finalında oynayıb.

Bundan başqa, Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, Porto və İnter-lə Çempionlar Liqasının, Manchester United-lə isə Avropa Liqasının finalında iştirak edib.

Xatırladaq ki, Roma yarımfinalda Leicester City-ni mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib.