10/05/2022
21:48
1333
| A A A
Konfrans Liqasında növbəti mövsümün final matçının yeri bilindi

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünün final oyununun yeri açıqlanıb.

Goal.az xəbər verir ki, turnirin həlledici qarşılaşmasına Çexiyanın paytaxtı Praqa ev sahibliyi edəcək.

Görüş iyunun 7-də "Eden Arena"da keçiriləcək.

UEFA-nın növbəti - 47-ci Konqresi isə 2023-cü il aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.