26/05/2022
22:42
2425
| A A A
Konfrans Liqası: Həftənin ən yaxşı futbolçusu açıqlandı

Roma və Feyenoord komandaları arasında keçirilmiş Avropa Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Goal.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Roma-nın müdafiəçisi Kris Smollinq layiq görülüb.

Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. “Canavarlar”ın yeganə qolunu Nikolo Zaniolo vurub. Smollinq isə müdafiədəki etibarlı oyunu ilə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına Roma-nın qapıçısı Rui Patrisio, yarımmüdafiəçisi Nikola Zaniolo və Feyenoord-dan Orkun Kökçü də iddialı idi.