Zirə İsrail klubuna rəqib oldu
Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Goal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərindən Zirə-nin də bu mərhələdəki rəqibinin adına aydınlıq gəlib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin Maccabi klubu (Təl-Əviv) ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda keçiriləcək.