Konfrans Liqası: Neftçi-nin rəqibi bilindi
Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Goal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərindən Neftçi-nin də bu mərhələdəki rəqibinin adına aydınlıq gəlib.
Bakı klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Aris-lə (Kipr) üz-üzə gələcək.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda keçiriləcək.