Konfrans Liqası: Qəbələ Macarıstan təmsilçisi ilə qarşılaşacaq
Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Goal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərindən Qəbələ-nin də bu mərhələdəki rəqibinin adına aydınlıq gəlib.
Qəbələ təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstanın Fehervar klubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda keçiriləcək.