18/06/2022
12:37
2355
| A A A
Qarabağ – Lech matçının stadionu bəlli oldu

Qarabağ-ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa Lech-inə qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

Goal.az xəbər verir ki, Lech-lə cavab qarşılaşması iyulun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Bu komandalar arasındakı ilk oyun isə iyulun 5-də Poznan stadionunda keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.