20/06/2022
17:53
525
| A A A
Konfrans Liqası: Qəbələ-nin oyunlarının təqvimi açıqlanıb

Qəbələ-nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın Fehervar klubuna qarşı oyunlarının təqvimi açıqlanıb.

Goal.az xəbər verir ki, "qırmızı-qaralar" ilk matçı iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.