23/06/2022
10:01
802
| A A A
Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Goal.az xəbər verir ki, o, Bosniya və Herseqovinada "Bortats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.