25/07/2022
22:20
568
| A A A
Kipr klubunun Bakıya səfər proqramı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin qonağı olacaq Kipr "Aris"inin Bakıya səfər proqramı açıqlanıb.

Goal.az xəbər verir ki, Limassol təmsilçisi matçdan 2 gün əvvəl - iyulun 26-də Larnaka hava limanından çarter reysi ilə Azərbaycan paytaxtına yola düşəcək.

İyulun 27-si saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qonaqlar matçdan bir gün sonra - iyulun 29-da Kiprə qayıdacaq.

Qeyd edək ki, "Bakcell Arena"da təşkil olunacaq "Nerftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda "ağ-qaralar" rəqibinə 0:2 hesabı ilə uduzub. (report)