28/07/2022
10:07
620
| A A A
Konfrans Liqası: Azərbaycan təmsilçiləri cavab oyununa çıxırlar

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Goal.az xəbər verir ki, Azərbaycan təmsilçiləri - Neftçi, Qəbələ və Zirə də cavab oyunlarını keçirəcək.

Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan Fehervar-ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzub.

Neftçi Bakcell Arena-da Kipr Aris-ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2.

Zirə isə İsraildə Maccabi (Tel-Aviv) komandasının qonağı olacaq. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub. (report)