28/07/2022
22:05
2400
| A A A
Qəbələ avrokubokla qələbə ilə vidalaşdı

Qəbələ bu gün növbəti avrokubok matçına çıxıb.

Goal.az xəbər verir ki, bölgə klubumuz Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununu keçiririb.

Elmar Baxşıyevin komandası Macarıstan Fehervar-ı ilə görüşüb. Qəbələ şəhər stadionunda keçirilən oyun təmsilçimizin qələbəsi ilə başa çatıb - 2:1. Səfərdə 1:4 hesabı ilə uduzan “qırmızı-qaralar” iki matçın nəicəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb.

Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

Qəbələ (Azərbaycan) – Fehervar (Macarıstan) - 2:1

Qollar: Rövlan Muradov, 34 (1:0), Zivzivadze, 44 (1:1), Felipe Santos, 73 (2:1)