28/07/2022
23:01
2465
| A A A
Neftçi geridönüş edərək mərhələ adladı

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Goal.az xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı Neftçi də növbəti matçına çıxıb.

Paytaxt klubu Bakıda Kipr Aris-ini qəbul edib. Səfərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz öz meydanında möhtəşəm geridönüş edib və 3:0 hesablı qələbə ilə 3-cü mərhələyə yüksəlib.

Neftçi növbəti raundda Rapid (Avstriya) - Legia Gdansk (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Neftçi (Azərbaycan) – Aris (Kipr) - 3:0

Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62

Qırmızı vərəqə: Morqan Braun, 82 (2-ci sarı vərəqə, Aris)