29/07/2022
00:09
4033
| A A A
Neftçi-nin növbəti mərhələdəki rəqibi bəlli oldu

Neftçi-nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Goal.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Avstriyanın Rapid (Vyana) klubu ilə üz-üzə gələcək.

İlk matçda Polşanın Legia (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən komanda səfərdəki cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib.

Neftçi Rapid-ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək. Azərbaycan təmsilçisi də 2-ci təsnifat mərhələsində Kipr Aris-ini (Limassol) iki oyunun nəticəsinə görə (0:2, 3:0) mübarizədən kənarlaşdırmağa nail olub.