29/07/2022
23:59
836
| A A A
Neftçi – Rapid oyunu xorvatiyalı hakimlərə tapşırıldı

Neftçi-nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın Rapid Wien komandasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, UEFA Bakıda baş tutacaq ilk oyunu Xorvatiyadan olan hakimlərə həvalə edib.

Baş hakim Dario Bel olacaq. Ona yan xətt hakimləri Maryan Tomas və Kristian Novosel yardım edəcək. Dördüncü hakim funksiyasını isə Patrik Kolariç yerinə yetirəcək.

Avqustun 4-də Bakcell Arena-da keçiriləcək Neftçi – Rapid matçına saat 21:00-da start veriləcək. Cavab qarşılaşması isə avqustun 11-də Budapeştdə baş tutacaq. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq həmin oyunun hakimləri hələ açıqlanmayıb.