02/08/2022
13:28
732
| A A A
Konfrans Liqası: Bu gün Neftçi-nin potensial rəqibi bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi Neftçi-nin də rəqibi bəlli olacaq.

"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın Rapid Wien komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Potensial rəqiblər isə Fransanın Nice komandası, Hajduk (Split, Xorvatiya) / Vitoria (Portuqaliya) cütünün qalibi, Vaduts (Lixtenşteyn) / Konyaspor (Türkiyə) cütünün qalibi və Viking (Norveç) / Sligo Rover" (İrlandiya) cütünün qalibi olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. Neftçi-nin Rapid-lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. (report)