02/08/2022
16:49
1157
| A A A
Neftçi-nin pley-offdakı potensial rəqibləri bəlli olub

Neftçi-nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın Rapid (Vyana) komandasını üstələsə, növbəti raundda Vaduz (Lixtenşteyn) / Konyaspor (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. Neftçi-nin Rapid-lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.