03/08/2022
14:19
547
| A A A
Neftçi-nin rəqibi Bakıya itkilərlə gəlir

Avstriyanın Rapid Wien komandasının futbolçusu Patrik Qrayl Bakıda Neftçi-yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxa bilər.

Goal.az xəbər verir ki, bu barədə Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer yerli mətbuata açıqlama verib.

43 yaşlı mütəxəssis bildirib ki, MRT müayinəsindən keçən avstriyalı hücumameylli yarımmüdafiəçidə ciddi zədə aşkarlanmasa da, hər şey oyunçunun vəziyyətdən asılı olacaq: "Onun daha bir neçə müayinəsi var. Görək məşqdə iştirak edə bilər, ya yox. Bundan sonra qərar verəcəyik ki, təyyarəyə minməsinin mənası varmı"?

Avstriyalı baş məşqçi digər zədəli futbolçu Martin Mormanın isə Neftçi-yə qarşı oynamayacağının dəqiqləşdiyini söyləyib: "O, dizindən zədə alıb. 2 və ya 3 həftə, hətta daha uzun müddət yaşıl meydanlardan kənarda qala bilər".

Avstriya təmsilçisi Bakıya avqustun 3-də yola düşəcək.

Qeyd edək ki, Neftçi Rapid-ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək. (report)