04/08/2022
10:10
877
| A A A
Neftçi Rapid-i qəbul edir

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.

Goal.az xəbər verir ki, turnirdəki təmsilçimiz Neftçi də bu gün meydana çıxacaq.

Laurentsiu Regekampfın komandası Avstriya Rapid-ni qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası

3-cü təsnifat mərhələsi

İlk oyun

21:00. Neftçi (Azərbaycan) – Rapid (Avstriya)

Baş hakim: Dario Bel (Xorvatiya)

Bakı. “Bakcell Arena”