04/08/2022
23:05
877
| A A A
Neftçi Rapid-i məğlub etdi

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.

Goal.az xəbər verir ki, turnirdəki təmsilçimiz Neftçi də bu gün meydana çıxıb.

Laurentsiu Regekampfın komandası Avstriya Rapid-ni qəbul edib. “Bakcell Arena”da keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası

3-cü təsnifat mərhələsi

İlk oyun

Neftçi (Azərbaycan) – Rapid (Avstriya) - 2:1

Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)