30/09/2022
19:07
3207
| A A A
UEFA Neftçi-yə ödəniş edib

UEFA Neftçi komandasına ödəniş edib.

Goal.az xəbər verir ki, Avropa futbol qurumu UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "ağ-qaralar"a 650 000 avro vəsait ayırıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, Neftçi Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr Aris-ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın Rapid klubuna uduzub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI