Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasının pley-off mərhələsində davam edəcək Qarabağ-ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.
Goal.az xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.
Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında Qarabağ-ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.
Səbətlərin tam tərkibi aşağıdakı kimidir.
Səpələnmişlər:
Anderlecht (Belçika)
Basel (İsveçrə)
CFR Cluj (Rumıniya)
Dnepr-1 (Ukrayna)
Fiorentina (İtaliya)
Gent (Belçika)
Lech (Polşa)
Partizan (Serbiya)
Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
Bodo Glimt (Norveç)
Braga (Portuqaliya)
Lazio (İtaliya)
Ludogorets (Bolqarıstan)
Qarabağ (Ağdam, Azərbaycan)
Sheriff (Moldova)
Trabzonspor (Türkiyə)
Qeyd edək ki, bu mərhələdə qalib gələn komandalar 1/8 finalda Konfrans Liqasında öz qruplarında birinci olan klublarla qarşılşacaqlar. Turnirin püşkatması noyabrın 7-də Bakı vaxtı ilə saat 17:00-da olacaq. (report)