24/02/2023
03:14
6180
| A A A
Qarabağ Konfrans Liqasıyla vidalaşdı (VİDEO)

"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtında "Gent" 1 qol vuraraq ümumi hesabı bərabərləşdirdiyi üçün əlavə vaxt ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan Belçika təmsilçisi 5:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. "Qarabağ" isə turnirdə mübarizəni dayandırıb.

Bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.

Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunu

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası - 5:3)

Qol: Orban, 75

GÜNÜN ƏN ÇOX OXUNANLARI