Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Bu raundda qrup qalibləri pley-off mərhələsindən üzüağ çıxan komandalarla qarşılaşacaqlar. Püşk zamanı qrup birinciləri səpələnmişlər, pley-offdan 1/8 finala adlayanlar isə səpələnməmişlərdə yer alacaqlar. (report)