01/03/2023
18:38
2793
| A A A
PFL rəsmisi Villarreal-ın oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

Goal.az xəbər verir ki, o, Belçikada Anderlecht və Villarreal komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI