10/11/2018
17:17
1069
| A A A
Sporting-in 2 futbolçusu Bakıya gəlməyəcək

Portuqaliyanın Sporting klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Qarabağ-la oyuna itkilərlə çıxacaq.

Goal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Lissabon təmsilçisinin iki futbolçusu - Jeremi Matye və Markos Akunya Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.

Buna səbəb hər iki futbolçunun “Arsenal”la qarşılaşmada (0:0) cəzalı duruma düşmələridi. Barcelona-nın sabiq müdafiəçisi olmuş Matye birbaşa qırmızı vərəqə alıb, Akunya isə Avroliqanın qrup mərhələsində 3-cü “sarı”nı aldığından, cəzalı duruma düşüb.

Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək, Qarabağ - Sporting qarşılaşması saat 21:55-də başlayacaq. Bu komandalar arasında Lissabondakı qarşılaşmada “köhlən atlar” 0:2 hesabı ilə uduzmuşdular.