26/11/2018
15:03
2080
| A A A
Qarabağ-ı qrupda qoyan hakim yenidən Bakıda

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Qarabağ və Portuqaliyanın Sporting komandaları arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb. 

Goal.az xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək. 

Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq. 

Xatırladaq ki, Petr Ardeleanu 2014-cü il dekabrın 11-də Qarabağ -İnter matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirib. 0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqələrində Azərbaycan təmsilçisi fərqlənsə də, çexiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb. Nəticədə Qarabağ qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutub. 

Mourinyo hansı klubu çalışdıracaq?

REAL MADRID
%
MILAN
%
BAVARİYA
%
INTER
%
6862 səs