29/11/2018
13:00
1220
| A A A
"Qarabağ" sonuncu ev oyununda qalib gələ biləcəkmi? - "Topaz"

Bu gün "Topaz"da xüsusi günlərdən biridir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru öz müştərilərinə Avropa Liqasının bu axşam keçiriləcək 24 görüşündən 22-sinə "təkli" mərc etmək imkanı verir.

Canlı mərci isə bütün oyunlara etmək olar. O cümlədən Azərbaycan çempionu "Qarabağ"ın "Sportinq"lə qarşılaşmasına. "Qarabağ"  pley-offa çıxmaq üçün nəzəri şansları saxlamaq istəyirsə, bu axşam mütləq qalib gəlməlidir. "Sportinq" isə hətta heç-heçə edərsə və qrupun digər matçında "Vorskla" "Arsenal" qarşısında xal itirərsə, 116 finala vəsiqəni rəsmiləşdirəcək. "Qarabağ"da zədəli Emeqara oynamayacaq. "Sportinq"in isə müxtəlif səbəblərdən bir neçə əsas oyunçusu - Akunya, Battaqliya, Montero, Rafinya, Ristovski meydana çıxmayacaq. "Sportinq"in 3 həftə əvvəl təyin olunan yeni baş məşqçisi Marsel Keyzer axşamkı qarşılaşmada bir neçə gənc futbolçuya şans verəcəyini bildirib. "Qarabağ" üçün matçı əhəmiyyətli edən məqamlardan biri də kapitan Rəşad Sadıxovun  avrokuboklarda 100-cü oyuna çıxmasıdır. Görək, "Qarabağ" futbolçuları öz kapitanlarının yubiley görüşünə hansı hesabı "hədiyyə" edəcək? Bakı Olimpiya Stadionunda saat 21:55-də başlanacaq  matçı çexiyalı hakimlər briqadası idarə edəcək. "Qarabağ"ın Avroliqadakı sonuncu ev oyununa "Topaz"da "təkli" və canlı mərc edə bilərsiz. 

Əmsallar: "Qarabağ"ın qələbəsi 3.15, heç-heçə 3.10, "Sportinq"in qələbəsi 2.20.

Gecənin digər maraqlı oyunlarına gəlincə, Moskvada "Spartak"la  Vyana "Rapid"inin dueli həlledici xarakter daşıyır. "Spartak"ın aktivində 5, "Rapid"in isə 4 xalı var. Hər iki komanda üçün qələbə növbəti mərhələyə doğru mühüm addım olacaq. Avstriyadakı oyunda 0:2 hesabıyla uduzan rusların revanş qçqn oynayacağı şübhə doğurmur. 

"Topaz"da qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiz: "Spartak"ın qələbəsi 1.60, heç-heçə 3.85, "Rapid"in qələbəsi 4.55.

Norveçdə keçiriləcək "Sarpsborq"-"Beşiktaş" görüşü də "ölüm-dirim" xarakterlidir. "Sarpsborq" 5 xalla lider "Genk"dən 2 xal geri qalır. Hesabında 4 xalı olan "Beşiktaş" isə qrup sonuncusudur.  Norveçdə qazanılacaq qələbə "Beşiktaş"a həm "Sarpsborq"u, həm də "Malmö"nü keçməyə imkan verəcək. Bir şərtlə ki, "Malmö" öz meydanında qrup lideri "Genk"i uda bilməsin.

İ qrupundakı hər iki qarşılaşmanın "Topaz"da əmsalları: "Sarpsborq"un qələbəsi 2.80, heç-heçə 3.15, "Beşiktaş"ın qələbəsi 2.35. "Malmö"nün qələbəsi 3.20, heç-heçə 3.10, "Genk"in qələbəsi 1.95.

Bu cür prinsipial xarakterli daha bir neçə matç var ki, "Topaz"da onlara həm "təkli", həm də canlı mərc etməyiniz mümkündür. İntuisiyanıza güvənib bu böyük futbol gecəsini qazancla başa vurmaq öz əlinizdədir. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.