29/11/2018
14:51
1603
| A A A
UEFA Vorskla – Arsenal matçı ilə bağlı qərarını verdi

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun  Vorskla – Arsenal oyunu ilə bağlı qərarını açıqlayıb.

Goal.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Kiyevdə keçiriləcək:

“UEFA-nın matçın Kiyevdə keçirilməsi ilə bağlı təcili qərarı Ukraynanın bəzi bölgələrində hərbi vəziyyətin və təhlükəsizlik tədbirlərinin qeyri-müəyyənliyi, eyni zamanda bütün riskləri qiymətləndirmək üçün vaxtın az olması ilə bağlı verilib”.

Qurum həmçinin qeyd edib ki, hərbi vəziyyətin tətbiqi ilə bağlı durumu öyrənmək üçün UEFA-nın təhlükəsizlik mütəxəssisləri Ukraynaya göndəriləcəklər.

Qeyd edək ki, Vorskla-nın prezidenti Roman Çernyak dünənki müsahibəsində matçın yerinin dəyişdirilməsinə görə təxirə salına biləcəyini  bildirsə də, UEFA fərqli qərar verib. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.