30/11/2018
12:18
1057
| A A A
Ən ağır məğlubiyyət

Qarabağ avrokuboklarda oynadığı 22 illik tarixi ərzində ev oyununda ən ağır məğlubiyyəti ilə üzləşib.

Goal.az-ın məlumatına görə, bu, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda dünən keçirilən "Sprotinq"lə matça təsadüf edib. 1:6 hesabı ilə uduzan Ağdam klubu bundan əvvəl evdə heç vaxt 5 top fərqi ilə uduzmamışdı.

Qarabağ-ın ən ağır ev məğlubiyyətləri 1998/1999 mövsümündə UEFA Kuboklar kubokunda Kopenhagen-ə və 2017/2018 mövsümündə Çempionlar Liqasında Chelsea-ya 0:4 hesabı ilə uduzduğu oyunlar olmuşdu.