30/11/2018
13:48
1335
| A A A
Zubirdən ilk

Qarabağ-ın futbolçusu Abdullah Zubir komandasının heyətində ilk avrokubok qoluna imza atıb.

Goal.az xəbər verir ki, fransalı legioner “siftə”sini Avropa Liqasının qrup mərhələsinin V turunun Sporting-lə qarşılaşmasında gerçəkləşdirib.

Komandasının 1:6 hesabı ilə uduzduğu görüşdə fərqlənən 28 yaşlı yarımmüdafiəçi Qarabağ-la 12-ci avrokubok görüşündə qol hesabını açıb. O, Azərbaycan klublarının heyətində avrokubok qolu vuran 134-cü oyunçu olub.

Bunadək 133 futbolçu avrokubokda azarkeşlərimizə qol sevinci yaşatmışdı. Bu siyahıya 11 dəfə fərqlənən Reynaldo başçılıq edir.