12/12/2018
12:18
1334
| A A A
Arsenal Qarabağ-la oyuna ikinci heyətlə çıxacaq

Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu Qarabağ-a qarşı keçirəcək Arsenal-ın təxmini "11-liy"i açıqlanıb. Goal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, heyətində bir neçə itkisi olan "topçular" ehtiyat oyunçulara üstünlük verəcək. Qarabağ-la sabahkı qarşılaşmada zədədən qayıdan və oyun praktikasından əziyyət çəkən Petr Çex qapını qoruyacaq. Müdafiənin mərkəzində Sokratis Papastatopulosa uzunmüddətli zədəsini sağaldan kapitan Loren Keselni tərəfdaşlıq edəcək. Digər mərkəz müdafiəçiləri zədəli olduğundan, baş məşqçi Sokratisi məcburiyyətdən meydana buraxacaq. Müdafiənin sol cinahında Enzli Meytlend-Naylz, sağında isə Karl Yenkinson yer alacaq.4-2-3-1 sxeminə görə, müdafiənin önündəki cütlüyü Matteo Qenduzi ilə Mohamed Elneni təşkil edəcək. Onların qarşısında pleymeyker funksiyasını Co Uillok yerinə yetirəcək. Cinahlardan Aleks İvobi (sol) və Emil Smit-Rou (sağ) hücuma dəstək olacaq. Emeri hücumçu qismində Eddi Nketiaya güvənmək istəyir.Qeyd edək ki, sabah "Emireyts" stadionunda keçiriləcək Arsenal - Qarabağ oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.