12/12/2018
16:28
2632
| A A A
Futbolun yaradıcıları ilə 6-cı duel

Qarabağ avrokubok mövsümündə son oyununda İngiltərə Arsenal-ı ilə qarşılaşacaq.

Goal.az xəbər verir ki, Londonda keçiriləcək görüş Azərbaycan klublarının futbolun yaradıcılarına qarşı 6-ci dueli olacaq.

Avropa Liqasının qrup mərhələsinin VI turunun oyununadək iki ölkə təmsilçiləri 5 dəfə qarşılaşıb. Bütün görüşlərdə Azərbaycanı Qarabağ təmsil edib. Ağdam klubunun rəqibləri isə paytaxt Londonun komandaları olub.

İlk duellər 2015/16 mövsümünə təsadüf edib. Qarabağ Avropa Liqasının qrupunda Tottenhem-ə hər iki oyunda uduzsa da, layiqli mübarizəsi ilə diqqət çəkib.

Lakin sonrakı üç matçda London klubları böyük hesabla səviyyə fərqini nümayiş etdirib. Ötən mövsüm Chelsea Çempionlar Liqasının qrupunda iki matçın cəmində 10 cavabsız qol vurub.

Cari mövsümdə isə Arsenal-la Bakıdakı qarşılaşmada qonaqlar 3 qola sevinib. 5 oyunda xal ala bilmədiyimiz ingiltərəlilər top fərqində də böyük üstünlüyə malikdi. Futbolun yaradıcıları 17, təmsilçimiz isə cəmi 1 dəfə fərqlənib. Həmin qol da milliləşən braziliyalı Riçard Almeydanın hesabındadır.

Azərbaycan klubları İngiltərə təmsilçilərinə qarşı

2015/16 mövsümü, Avropa Liqası

17.09.2015. Tottemham (İngiltərə) - Qarabağ  - 3:1

26.11.2015. Qarabağ - Tottemham (İngiltərə) - 0:1

2017/18 mövsümü, Çempionlar Liqası

12.09.2017. Chelsea (İngiltərə) - Qarabağ  - 6:0

22.11.2017. Qarabağ - Chelsea (İngiltərə)   - 0:4

2018/19 mövsümü, Avropa Liqası

04.10.2018. Qarabağ - Arsenal (İngiltərə)   - 0:3

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs