14/12/2018
01:54
2402
| A A A
Qarabağ minimal hesabla məğlub oldu

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Goal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümündə son oyununu keçirib.
E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gəlib. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşısa da, londonlular təmsilçimizə güzəştə getməyiblər - 1:0.Bu nəticə ilə xalı 3-də qalan "Qarabağ" qrupu sonuncu yerə başa vurub.

 

Avropa Liqası

VI tur

E qrupu 

Arsenal (İngiltərə) – Qarabağ (Azərbaycan) - 1:0

Qollar: 
Lakazzet - 17

Baş hakim: Yens Qrabski Maae
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. “Arsenal” stadionu
“Arsenal”: 26. Emiliano Martinez, 4. Mohamed Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni, 9. Aleksandr Lakazet, 10. Mesut Özil, 15. Eynsli Maytland-Nils, 25. Karl Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka
Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Şarli Jilmor, 47. Zekarya Medle, 72. Tires Con-Cules
Baş məşqçi: Unay Emeri
“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Abdellah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs