Avrokubokların 2019/2020 mövsümünün təqvimi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Azərbaycan klubları üçün dünən başa çatan qitə miqyaslı klub turnirləri gələn ilin yayında yenidən başlayacaq.

Mövsümün ilk püşkü iyunun 11-də baş tutacaq. Azərbaycan klubları ilkin raunddan azaddı.

Azərbaycan çempionu Çempionlar Liqasının, gümüş və bürünc mükafatçı isə Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu raundların oyunları Çempionlar Liqasında iyulun 9-10 və 16-17-də, Avropa Liqasında isə 11-də və 18-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi isə öncədən də bəlli olduğu kimi Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

tarix

oyun, püşkatma

11 iyun 2019

İlkin mərhələnin püşkatması

18 iyun 2019

I və II təsnifat mərhələsi mərhələlərinin püşkatması

25 iyun 2019

ÇL: İlkin mərhələ, yarımfinal

27 iyun 2019

AL: İlkin mərhələ, ilk oyunlar

28 iyun 2019