14/12/2018
19:20
3387
| A A A
Avropa Liqasının ən yaxşı azərbaycanlısı

Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb.

Goal.az xəbər verir ki, siyahıda ən yaxşı Azərbaycan futbolçusu Qara Qarayevdir.

Ümumi siyahıda 558-ci yerdə qalan Qarabağ-ın futbolçusu 1151 xala malikdir. Astana-dakı təmsilçimiz Riçard Almeyda geriləyib. 821 xala malik yarımmüdafiəçi 658-ci yerdədi. Ölkəmizin 3-cü oyunçusu isə Mahir Mədətovdu. O, 453 xalla 785-cidir.

Lakin Qara və Mədətov turnirdəki yeganə Azərbaycan təmsilçisi Qarabağ-ın ən yaxşı 3 futbolçusu siyahısından kənardadı. Abdullah Zubir 2058, Donald Gerye 1327, Miçel 1184 xala malikdir.

 Cədvələ isə Almaniya Eintracht-ının oyunçusu Sebastyan Haller başçılıq edir. Onun hesabında 7549 xal var. (matc.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2803 səs