19/12/2018
12:15
5586
| A A A
UEFA Qarabağ-ı cərimələdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada VorsklaQarabağ komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, görüşdən sonra açılmış intizam işi əsasında hər iki kluba 20 min avro cərimə kəsilib. Səbəb oyun zamanı həm Vorskla, həm də Qarabağ azarkeşlərinin fişənglər yandıraraq, meydana atmaları olub.

Qeyd edək ki, noyabrın 8-də Qarabağ-la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. 8 dəqiqə sonra bərpa olunan qarşılaşma Qarabağ-ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14474 səs