22/02/2019
17:23
2418
| A A A
UEFA-dan Türkiyə klublarına sərvət

Türkiyənin avrokuboklardakı son təmsilçiləri olan GalatasarayFenerbahçe Avropa Liqasının 1/16 final mərhələsində mübarizəni dayandırıb.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu mövsüm Türkiyə təmsilçiləri ümumilikdə 70 milyon avroluq gəlir əldə edib.

Qonşu ölkəni 5 klub - Galatasaray, Fenerbahçe, Beşiktaş, AkhisarBaşakşehir təmsil etsə də, məbləğ, demək olar ki, 4 klub arasında bölüşdürülür. Çünki pulun cəmi 1 faizi Başakşehir-ə çatır.

Bu baxımdan Galatasaray digərlərini aşkar üstələyir. Mübarizəyə Çempionlar Liqasında başlayan və qrupda 3-cü yeri tutaraq Avropa Liqasına yuvarlanan "cim-bom" məbləğin 55 faizinə sahib çıxıb. Bu isə 38,5 milyon avro edir. Ümumi gəlirdən Fenerbahçe 18, Beşiktaş 16, Akhisar isə 10 faizlik pay götürüb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs