26/02/2019
18:27
3195
| A A A
Məşhur futbolçu Bakıya gəlir

Avropa Liqasının final matçı ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya gələcək növbəti məşhur futbolçunun adı müəyyənləşib.



Goal.az xəbər verir ki, Rusiya millisinin və Arsenal-ın sabiq hücumçusu Andrey Arşavin də martın 3-də "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada iştirak edəcək.

Daha öncə Eydur Qudyonssen, Deko, Nihat Kahveci, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzların Azərbaycan paytaxtına səfər edəcəyi dəqiqləşib. Vəli Qasımov və Nazim Süleymanov da həmin oyunun iştirakçısı olacaq. Bundan əlavə, həmin matçda Region Liqasında Füzuli komandasında çıxış edən qapıçı Şöhlət Rəhimov da olacaq. O, ötən mövsüm həmin liqada ən yaxşı qolkiper adına layiq görülüb.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Andrey Arşavin karyerasını 2018-ci ilin noyabrında Qazaxıstanın Kairat komandasında başa vurub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs