19/04/2019
17:42
1421
| A A A
Jiru Chelsea-nin tarixinə keçdi

Chelsea Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda Slavia-nı 4:3 hesabıyla məğlub edib.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Olivye Jiru üçün əlamətdar olub. Belə ki, fransız futbolçu bu görüşdə fərqlənərək, Chelsea-nin bir mövsümdə avrokuboklarda ən çox qol vuran futbolçusu olub. 32 yaşlı forvardın hesabında 10 qol var.

Jirudan əvvəl bu rekord Fernando Torresə aid idi. İspan hücumçu “zadəganlar”la 2012/13 mövsümündə 9 qola imza atmışdı.

Chelsea Slavia-nı ilk oyunda 1:0, cavab matçında isə 4:3 hesabıyla məğlub edərək, Avropa Liqasında yarımfinala yüksəlib. London təmsilçisi bu mərhələdə Eintracht-la qarşılaşacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16900 səs