02/05/2019
10:27
1390
| A A A
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilir

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi Eintracht İngiltərənin Chelsea komandasını qəbul edəcək. Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş 1/4 finalın ilk görüşündə “Benfika”ya uduzub - 2:4. Lakin bu komanda evdə 2 cavabsıq qolla qalib gəlməklə, mərhələ keçib. 

Chelsea Avropa Liqasının cari mövsümündə keçirdiyi 12 oyundan heç birində uduzmayıb. Bir matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar.

Gecənin digər oyunu Londonda baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi Atletico-ya uduzan (1:1, 1:0) Arsenal Valencia-nı qəbul edəcək.

Qeyd edək ki, cavab matçları mayın 9-da olacaq. Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

23:00. Eintracht (Almaniya) – Chelsea (İngiltərə)

Baş hakim: Karlos del Serro (İspaniya)

Frankfurt. “Kommersbank-Arena”

23:00. Arsenal (İngiltərə) – Valencia (İspaniya)

Baş hakim: Kleman Türpan

London. “Emirates Stadium”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs