04/05/2019
10:38
676
| A A A
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada Arsenal-ın hücumçusu Aleksandr Lyakazett layiq görülüb.

Fransalı forvard evdə Valencia-nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16900 səs