06/05/2019
17:00
2133
| A A A
Klublarımızın avrokuboklarda oyunlarının təqvimi
Avrokubokların 2019/20 mövsümünün təqvimi açıqlanıb.
Goal.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının 1-2-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Bununla da klublarımız ilk rəqibini tanıyacaq.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 9-10-u, cavab matçları 16-17-də keçiriləcək.
Avropa Liqasında iştirak edəcək "Neftçi" və "Səbail" də yarışa ilk təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin oyunları isə iyulun 11-18-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan çempionatında dünən baş tutan XXVII turun oyunlarından sonra 2018/19 mövsümünün bütün mükafatçıları bəlli olub. Sona bir  tur qalmış "Qarabağ" qızıl medallara qovuşmaqla yanaşı, Çempionlar Liqasına vəsiqə əldə edib. "Neftçi" gümüş, "Səbail" bürünc medallara sahib olaraq ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Avrokuboka yollanacaq 4-cü komanda isə ölkə kubokunun finalında "Sumqayıt" və "Qəbələ" arasında keçiriləcək görüşdən sonra bilinəcək.
 
11 iyun 2019 İlkin mərhələnin püşkatması
18 iyun 2019 I və II təsnifat mərhələsi mərhələlərinin püşkatması
25 iyun 2019 ÇL: İlkin mərhələ, yarımfinal
27 iyun 2019 AL: İlkin mərhələ, ilk oyunlar
28 iyun 2019 ÇL: İlkin mərhələ, final
4 iyul 2019 AL: İlkin mərhələ, cavab oyunları
9-10 iyul 2019 ÇL: I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul 2019 AL: I təsnifat mərhələsi, ilk oyunlar
16-17 iyul 2019 ÇL: I təsnifat mərhələsi, cavab oyunları
18 iyul 2019 AL: I təsnifat mərhələsi, cavab oyunları
11 iyun 2019 İlkin mərhələnin püşkatması
22 iyul 2019 III təsnifat mərhələsinin püşkatması
23-24 iyul 2019 ÇL: II təsnifat mərhələsi, İlk oyunlar
25 iyul 2019 AL: II təsnifat mərhələsi, İlk oyunlar
30-31 iyul 2019 ÇL: II təsnifat mərhələsi, cavab oyunları
1 avqust 2019 AL: II təsnifat mərhələsi, cavab oyunları
5 avqust 2019 Pley-offun püşkatması
6-7 avqust 2019 ÇL: III təsnifat mərhələsi, İlk oyunlar
8 avqust 2019 AL: III təsnifat mərhələsi, İlk oyunlar
13 avqust 2019 ÇL: III təsnifat mərhələsi, cavab oyunları
14 avqust 2019 Superkubok
15 avqust 2019 AL: III təsnifat mərhələsi, cavab oyunları
20-21 avqust 2019 ÇL: Pley-off, İlk oyunlar
22 avqust 2019 AL: Pley-off, İlk oyunlar
27-28 avqust 2019 ÇL: Pley-off, cavab oyunları
29 avqust 2019 ÇL: Qrupların püşkatması
29 avqust 2019 AL: Pley-off, cavab oyunları
30 avqust 2019 AL: Qrup mərhələsinin püşkatması
17-18 sentyabr 2019 ÇL: Qrup mərhələsi, I tur
19 sentyabr 2019 AL: Qrup mərhələsi, I tur
1-2 oktyabr 2019 ÇL: Qrup mərhələsi, II tur
3 oktyabr 2019 AL: Qrup mərhələsi, II tur
22-23 oktyabr 2019 ÇL: Qrup mərhələsi, III tur
24 oktyabr 2019 AL: Qrup mərhələsi, III tur
5-6 noyabr 2019 ÇL: Qrup mərhələsi, IV tur
7 noyabr 2019 AL: Qrup mərhələsi, IV tur
26-27 noyabr 2019 ÇL: Qrup mərhələsi, V tur
28 noyabr 2019 AL: Qrup mərhələsi, V tur
10-11 dekabr 2019 ÇL: Qrup mərhələsi, VI tur
12 dekabr 2019 AL: Qrup mərhələsi, VI tur
16 dekabr 2019 ÇL: 1/8 final, AL: 1/16 final püşkatması
18-19, 25-26 fevral 2020 ÇL: 1/8 final, ilk oyunlar
20 fevral 2020 AL: 1/16 final, ilk oyunlar
27 fevral 2020 AL: 1/16 final, cavab oyunları
28 fevral 2020 AL: 1/8 finalın püşkatması
10-11, 17-18 mart 2020 ÇL: 1/8 final, cavab oyunları
12 mart 2020 AL: 1/8 final, ilk oyunlar
19 mart 2020 AL: 1/8 final, cavab oyunları
20 mart 2020 1/4 finalın püşkatması
7-8 aprel 2020 ÇL: 1/4 final, ilk oyunlar
9 aprel 2020 AL: 1/4 final, ilk oyunlar
14-15 aprel 2020 ÇL: 1/4 final, cavab oyunları
16 aprel 2020 AL: 1/4 final, cavab oyunları
17 aprel 2020 1/2 finalın püşkatması
28-29 aprel 2020 ÇL: 1/2 final, ilk oyunlar
30 aprel 2020 AL: 1/2 final, ilk oyunlar
5-6 may 2020 ÇL: 1/2 final, cavab oyunları
7 may 2020 AL: 1/2 final, cavab oyunları
27 may 2020 AL: Final
30 may 2020 ÇL: Final

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16897 səs