13/05/2019
11:16
2984
| A A A
Emeri: "Mxitaryanı Bakıda oynatmaq istəyirik"

"Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Mxitaryanı oynatmaq istəyirik. O, Burnley  ilə görüşdə xoş təsir bağışladı”.

Goal.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Arsenal-ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında erməni Henrik Mxitaryanında xidmətindən yararlanmaq istəyir: "Bu, siyasi məsələ olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".

Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. Məsələyə müsbət yanaşmayan 48 yaşlı mütəxəssis səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda 2 ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı".

Xatırladaq ki,mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda Arsenal digər London təmsilçisi Chelsea ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28433 səs