13/05/2019
16:53
3314
| A A A
Avropa Liqasının finalı italyan hakimlərə tapşırıldı

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçına hakim təyinatları açıqlanıb. 

Goal.az xəbər verir ki, İngiltərənin ArsenalChelsea komandalarının oyunu italiyalı hakimlər briqadası idarə edəcək.

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək. 

Əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1206 səs