15/05/2019
11:00
3349
| A A A
AL-nın finalına bilet satışından əldə olunan vəsait UEFA-ya gedəcək

UEFA Avropa Liqasının final oyununa ev sahibliyinin Bakıya verilməsində dövlət dəstəyi həlledici rol oynayıb.

Goal.az xəbər verir ki, bunu AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində deyib.

O, bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib. Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğ yalnız UEFA-nın büdcəsinə gedəcəyini də əlavə edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin Arsenal və Chelsea komandaları   qarşılaşacaq.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs