16/05/2019
11:30
5373
| A A A
AL finalına bilet ala bilməyənlərə şad xəbər - bilet satışı olacaq

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi yaxın günlərdə həyata keçiriləcək.

Goal.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verirt ki, ilkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılmış, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunmuşdu. Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.

Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun Arsenal və Chelsea klubları qarşılaşacaqlar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs