27/05/2019
17:21
2619
| A A A
Paytaxt sakinləri üçün final sürprizi

Mayın 25-dən etibarən Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı keçirilir.

Goal.az xəbər verir ki, Azarkeş Festivalının keçirildiyi ərazidə müxtəlif əyləncə nöqtələri fəaliyyət göstərir.

Final oyunu günü – mayın 29-da isə azarkeşləri daha bir sürpriz gözləyir. Azarkeş Festivalının ərazisində quraşdırılmış böyük monitorda ChelseaArsenal klubları arasında keçiriləcək final qarşılaşmasının rəsmi ictimai baxışı təşkil olunacaq.

Azarkeş Festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17617 səs