27/05/2019
18:28
2297
| A A A
Avropa Liqası tarixi statistikalarla: Bakıda rekord qırılacaqmı?

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu qalib komanda ilə yanaşı, turnirin bombardirinin də kimliyinə aydınlıq gətirəcək.

Həlledici görüş öncəsi Chelsea-nin hücumçusu Olivye Jiru və Eintracht-ın forvardı Luka Yoviç 10 qolla zirvəni bölüşür.

Yoviçin komandası mübarizəni dayandırdığından, Jiru bombardir olmaq şansını hələ də davam etdirir. Fransalı forvard Arsenal-la qarşılaşmada fərqlənərsə, mövsümü bombardir kimi tamamlayacaq.

Bu yazıda isə Avropa Liqası tarixində yaddaqalan statistikalarla sizi tanış edəcəyik.

Qol...

Təsnifat mərhələləri də daxil olmaqla, Avropa Liqası (əvvəlki adı UEFA Kuboku) tarixinin ən məhsuldar oyunçusu Henrik Larssondu. İsveçli Feyenoord, CelticHelsinborg-un heyətində bu turnirdə ümumilikdə 40 qola imza atıb. Onu 34 topla Klaas Yan Huntelaar və 31 qolla Radamel Falkao ilə Aritz Aduriz izləyir.

... və çempionluq rekordu

Bu mövsüm İspaniya II Liqasında çıxış edən Extremadura-nın formasını geyinən Xose Antonio Reyes çempionluq sayında rekordçudu. İspaniyalı yarımmüdafiəçi 5 dəfə kuboku başı üzərinə qaldırıb. O, 2010, 2012-ci illərdə Atletico, 2014, 2015 və 2016-cı illərdə isə Sevilla-da olarkən Avropa Liqasını qazanıb. Rey Klemense, Kevin Qameyro, Cüzeppe Berqomi, Nikola Berti, Daniel Karriço, Koke, Vitolo, Visente İborra və Betoda bu say 3-dür.

Bir mövsümün ən məhsuldarı

Monaco-nun hücumçusu Radamel Falkao 2010-11 mövsümündə Porto-nun heyətində vurduğu 17 qolla turnir tarixində bir mövsümdə ən çox fərqlənən futbolçu ünvanına yiyələnib. Bu baxımdan ikinci yerdə Yurgen Klinsmann qərarlaşıb. Almaniyalı sabiq futbolçu 1995-96 mövsümündə Bayern Munich-in 32 topundan 15-nin müəllifi olub.

Bir oyunda 6 qol

Avropa Liqası tarixində bir oyunda ən çox qol vuran futbolçu bosniyalı Eldar Hadzimehmedoviçdir. Lyon-un (Norveç) Farer adaları təmsilçisi Runavik-i 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada o, komandasının bütün qollarının müəllifi olib. Beş futbolçu isə bir görüşdə 5 dəfə fərqlənməyə macal tapıb. Bunlar Lüdviq Bründl (Eintracht, Braunşveyq: 1971-1972), Kevin Ektor (Derby County: 1976), Marko van Basten (Ajax: 1984-1985), Daniel Fonseka (Napoli: 1992) və Aritz Adurizdi (Athletik: 2016).

Ən böyük hesab

Turnir tarixində ən böyükhesablı qələbəni Ajax qazanıb. Amsterdam təmsilçisi 1984-85 mövsümündə Lüksemburq klubu Red Boys Differdange-ı 14:0 hesabı ilə məğlub edib. Tərəflər arasında Lüksemburqda baş tutan ilk görüş qolsuz bərabərə nəticələnib.

Cütlükdə 21 qol

Hollandiyanın digər komandası Feyenoord isə cütlükdə ən çox qol vurmağı bacarıb. Feyenoord 1972-73 mövsümündə Lüksemburq Rumelange-si ilə keçirdiyi iki görüşdə rəqibi ümumilikdə 21 dəfə mərkəzə dəvət edib. Hollandlar 9:0 və 12:0 hesablı qələbələrlə mərhələ adlayıb.

Ən çox oyun keçirən

Avropanın ikinci dərəcəli turnirində ən çox oyun keçirən futbolçu italiyalı Cüzeppe Berqomi olub. O, İnter-in heyətində 96 UEFA Kuboku matçında meydana çıxıb. Almaniyalı Frank Rost Verder, Schalkevə Hamburg-la 90, yunanıstanlı Dimitris Salpingidis isə PAOK və Panathinaikos-un heyətində 76 görüşdə iştirak edib.

İlk qol cənubi afrikalıdan

1955-ci ildən təşkil edilən turnirin ilk oyunu həmin il iyunun 4-də Charlton-la Basel arasında olub. Charlton-un İsveçrədə 5:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hesabı açan cənubi afrikalı Eddi Firmani ilk qolun müəllifi olub. İlk het-trikə isə "Arsenal"lı Kliff Holton imza atıb. 1971-ci ildə UEFA Kuboku adı altında keçirilən ilk yarışın qalibi "Tottenhem" olub. İlk vaxtlar qalib 2 oyundan sonra müəyyənləşirdisə, 1998-ci ildən etibarən final neytral meydanda 1 matçdan ibarət olur. 1998-ci ildə Parisdə oynanılan İnter - Lazio görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb.

1971-ci ildən bəri diqqətçəkən statistikalar...

Ən çox qazanan klublar: Sevilla - 5 dəfə (2005/06, 2006/07, 2013/14, 2014/15, 2015/16), Atletiko - 3 (2009/10, 2011/12, 2017/18), İnter - 3 (1990/91, 1993/94, 1997/98), Juventus - 3 (1976/77, 1989/90, 1992/93), Liverpool - 3 (1972/73, 1975/76, 2000/01).

Ən çox qazanan baş məşqçilər: Covanni Trapattoni - 3 dəfə (Juventus - 1976/77, 1992/93; İnter - 1990/91), Unay Emeri - 3 (Sevilla - 2013/14, 2014/15, 2015/16), Xuande Ramos - 2 (Sevilla - 2005/06, 2006/07), Luis Molouni - 2 (Real - 1984/85, 1985/86), Joze Mourinyo - 2 (Porto - 2002/03; Manchester United" - 2016/17), Rafael Benites - 2 (Valencia - 2003/04; Chelsea 2012/13), Dieqo Simeone - 2 (Atletico - 2011/12, 2017/18).

Qazanan ölkələr: İspaniya - 11 dəfə, İtaliya - 9, İngiltərə - 8, Almaniya - 6, Hollandiya - 4, Portuqaliya, İsveç, Rusiya - 2, Belçika, Türkiyə, Ukrayna - 1.

Qeyd edək ki, Arsenal Bakıda Chelsea-ni məğlub edə bilsə, "topçular"ın baş məşqçisi Unay Emeri karyerasında 4-cü dəfə kuboku qazanacaq və bununla yeni rekordçu olacaq. (Matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17041 səs