28/05/2019
13:40
1874
| A A A
Arsenal və Chelsea-nin Bakıda mətbuat konfransına qatılacaq futbolçuları müəyyənləşdi

Bakıda İngiltərənin Arsenal və Chelsea komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində bu gün baş məşqçilərlə birgə mətbuat konfranslarına qatılacaq futbolçular müəyyənləşib.

Goal.az xəbər verir ki, Arsenal-ın 17:45-də başlayacaq mətbuat konfransında baş məşqçi Unay Emeri ilə yanaşı, müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka fikirlərini bölüşəcək.

Chelsea-nin saat 20:15-ə təyin edilən mətbuat konfransında isə baş məşqçi Mauritso Sarrini kapitan Sesar Aspilikueta və müdafiəçi David Luis müşayət edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

(Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs